AZ EN RU

Ötən ay 140-cı teatr mövsümünün açılışı olub

    Sentyabrın 23-də Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının 140-cı mövsümünün açılış mərasimi keçirilmiş, “Xurşidbanu Natəvan” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa göstərilmişdir. “Şuşa ili” və Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı, ümumilikdə, 11 tədbir keçirilmişdir.
    Ötən ay “Muzeylərlə əlaqələrin da    ha da gücləndirilməsi haqqında” Sərəncama uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikaya səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Sentyabr  ayında muxtar respublika muzeylərini 32 min 685 yerli, 4 min 622 əcnəbi olmaqla, ümumilikdə, 37 min 307 tamaşaçı ziyarət etmiş, muzeylərə 15 yeni eksponat daxil olmuşdur.
    Hesabat dövründə Heydər Əliyev Muzeyi ilə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey arasında “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti”, Xatirə Muzeyi ilə isə Babək rayonunun Sirab kənd tam orta məktəbi arasında “Şəhidlər unudulmur” mövzularında interaktiv dərslər keçilmişdir. Bundan başqa, ötən ay Xatirə Muzeyi və rayonlardakı tarix-diyarşünaslıq muzeylərində Anım Günü ilə əlaqədar 7 tədbir təşkil edilmişdir. Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən sentyabr ayında muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə 5 açıq dərs keçilmişdir. Muzeylər tərəfindən şəhidlərimizin doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər bu kimi mövzularda 259 material hazırlanmışdır. 
    Muxtar respublikanın kitabxanalarında Milli Musiqi Günü, Xurşidbanu Natəvanın 190, tarzən Əhməd Bakıxanovun 130, yazıçı-publisist Yusif Vəzir Çəmənzəminlinin 135, Mirvarid Dilbazinin 110 illik yubileyləri münasibətilə 31 tədbir keçirilmiş, 56 sərgi təşkil edilmişdir. Ötən ay sağlamlıq imkanları məhdud 40 uşağa səyyar kitabxana xidməti göstərilmiş, həmçinin kitabxanaların, klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan müvafiq kitabların müzakirəsi keçirilmişdir. Ötən ay kitabxanalara 198 adda 228 nüsxə çap məhsulu daxil olmuş, həmçinin kitabxanalara 886 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 8 min 379, kitab verilişi isə 46 min 961 nüsxə olmuşdur. Bundan başqa, ötən ay elektron kataloqa 543 adda kitab işlənərək elektron kataloqdakı kitabların sayı 34 min 579-a, şəbəkəyə işlənmiş (PDF) kitabların sayı isə 50 olmaqla, 4 min 58-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 214 lokal, 300 qlobal olmaqla, ümumilikdə, 514 oxucu istifadə etmişdir.
    Sentyabr ayında rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 10 tədbir keçirilmiş, 22 sərgi qurulmuşdur. Mədəniyyət Nazirliyi və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə klub müəssisələrinin fəaliyyətinin artırılması və xalq yaradıcılığı nümunələrinin çəkilişlərinə hazırlıqla bağlı seminar-müşavirə keçirilmişdir. Babək Rayon Xalq Teatrı Süleyman Rüstəm və Səid Rüstəmovun “Durna” üçpərdəli musiqili komediyası əsasında hazırlanan eyniadlı tamaşa ilə Naxçıvan şəhərində qastrolda olmuşdur. Şərur rayonunda fəaliyyət göstərən mədəniyyət evi, klub və kitabxanaların əməkdaşlarının iştirakı ilə Tərifə Kərimovanın “Vətən sevgisi” adlı psixoloji dramı əsasında hazırlanmış tamaşa Şərur Rayon Mədəniyyət Sarayında rayon ictimaiyyətinə təqdim edilmişdir. Babək rayonunda “Xalq yaradıcılığı günü” çərçivəsində rayon mədəniyyət sarayı, mədəniyyət evləri və klubların  folklor qrupları və dərnək üzvlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin videoçəkilişi aparılmışdır. Naxçıvan Dövlət Film Fondu tərəfindən “Kino günləri” layihəsi çərçivəsində 2 film nümayiş olunmuşdur. 
    Hesabat dövründə Naxçıvan Dövlət Milli Dram Teatrında H.Cavidin “Topal Teymur”, Elçinin “Teleskop” və İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, Naxçıvan Dövlət Kukla Teatrında Ş.Perronun “Çəkməli pişik” əsərləri əsasında səhnələşdirilən eyniadlı tamaşaların məşqləri aparılmışdır. Kukla Teatrı Sədərək rayonunda “Qoğalın sərgüzəşti”, Naxçıvan Dövlət Milli Dram Teatrı isə Şərur rayonunda “Teleskop” tamaşalarını nümayiş etdirmişdir. Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri Milli Musiqi Günü münasibətilə muxtar respublikanın rayonlarında konsert proqramları ilə çıxışlar etmişlər.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.10.2022 19:11