AZ EN RU

Ötən ay 139-cu teatr mövsümünün bağlanışı olub

    İyun ayında muxtar respublikanın mədəniyyət müəssisələrində tarixi və əlamətdar günlər, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı tədbirlər keçirilmiş, ustad və açıq dərslər təşkil edilmiş, sərgilər qurulmuş, eləcə də oxunması zəruri olan kitabların müzakirələri keçirilmişdir.
    Hesabat ayında muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilmiş müsabiqənin, eləcə də “Gənclərin teatr dünyası” müsabiqəsinin və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Milli dəyərlərimiz ornamentlərdə” adlı rəsm müsabiqəsinin yekun tədbirləri və mükafatlandırma mərasimləri keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının icrası ilə əlaqədarolaraq Naxçıvan Musiqi Kollecinin bir qrup tələbəsinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçməsi təmin olunmuşdur. İyun ayında Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdlərinin “Şuşa ili”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili-ədəbi kompozisiyası təqdim edilmişdir. “Şuşa İli” ilə bağlı 3 tədbir keçirilmişdir.
    Ötən ay muxtar respublikanın muzeylərini 59 min 234 yerli, 19min253 əcnəbi olmaqla, ümumilikdə 78min 487 tamaşaçı ziyarət etmiş, muzeylərə 70-i yeni, 737-si digər muzeylərdən fondun yerdəyişməsi yolu ilə olmaqla, ümumilikdə, 807 eksponat daxil olmuşdur. 
    Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən, ötən ay muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 14 açıq dərs keçilmiş, 8 mühazirə oxunmuşdur. Muzeylər tərəfindən şəhidlərimizin doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər bu kimi mövzularda 358 sayda material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. İyun ayında muxtar respublika kitabxanaları tərəfindən 129 tədbir keçirilmiş, həmçinin sağlamlıq imkanları məhdud 30 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Eyni zamanda iyun ayında kitabxanaların, eləcə də klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 21 kitabın müzakirəsi keçirilmişdir. Ötən ay muxtar respublika kitabxanalarına 424 adda 484 nüsxə çap məhsulu daxil olmuşdur. Həmçinin kitabxanalara bu ilin iyun ayında 1230 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 9 min 365, kitab verilişi isə51 min 95 nüsxə olmuşdur. Bundan başqa, hesabat ayında elektron kataloqa 662 adda kitab işlənərək elektron kataloqdakı kitabların sayı 33 min 36-ya,şəbəkəyə işlənmiş (PDF) kitabların sayı isə 50 olmaqla, belə kitabların sayı 3 min 923-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 131 lokal, 395 qlobal olmaqla, ümumilikdə, 526 oxucu istifadə etmişdir.
    İyun ayında rayon mədəniyyət saraylarının, mədəniyyət evləri və klubların folklor qrupları və dərnək üzvlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin Naxçıvan Dövlət Film Fondu tərəfindən videoçəkilişi aparılmışdır.Fond tərəfindən “Kino günləri” layihəsi çərçivəsində açıq havada 4 film nümayiş edilmişdir.  
    Ötən ay Naxçıvan Dövlət Milli Dram Teatrında,Naxçıvan Dövlət Kukla Teatrında və Naxçıvan Dövlət Uşaq Teatrında Azərbaycanın görkəmli sənətkarlarınınbir sıra əsərləri əsasında səhnələşdirilən tamaşaların məşqləri aparılmış, Naxçıvan Dövlət Uşaq Teatrında C.Məmmədquluzadənin “Saqqallı uşaq”, Naxçıvan Dövlət Milli Dram Teatrında isə İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasında hazırlanan eyniadlı tamaşalara ictimai baxış keçirilmişdir. Bundan başqa, iyun ayında Naxçıvan Dövlət Milli Dram Teatrı muxtar respublikanın Ordubad, Culfa və Şahbuz rayonlarında “Ana” və “Teleskop” tamaşaları ilə qastrol səfərlərində olmuş,Naxçıvan teatrı 139-cu mövsümünü başa vurmuşdur.İyun ayında Şahbuz Rayon Xalq Teatrı“Çimnaz xanım yuxudadır”, Naxçıvan Şəhər Xalq Teatrı “Bığ”, Ordubad Rayon Xalq Teatrı isə “Əliqulu evlənir” adlı tamaşaları təhvil vermişlər.
    Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin yeni repertuarlarının məşqləri aparılmış, kollektivlər iyun ayında muxtar respublikada keçirilən tədbirlərdəkonsert proqramları ilə çıxışlar etmişlər. İyunun 15-də Naxçıvan Dövlət Filarmoniyasının birləşmiş orkestrinin Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında “Milli Qurtuluş Günü”nə həsr olunmuş konsert proqramı təqdim olunmuşdur.Hesabat ayında nazirliyin Gənclər Təşkilatının üzvləri arasında Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinin müzakirəsi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.07.2022 19:48