AZ EN RU

Ordubad rayonunun Pəzməri kəndində rabitə infrastrukturu yenidən qurulur

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar bütün sahələrin dinamik inkişafı ilə nəticələnib. Həyata keçirilən tədbirlər rabitə sahəsinin inkişafına da əsaslı zəmin yaratmaqla, informasiya-kommunikasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, yüksəkkeyfiyyətli rabitə və internet  xidmətlərinin göstərilməsi istiqamətində müvafiq işlər görülür. 
Sakinlərə göstərilən rabitə və internet xidmətlərinin keyfiyyətinin artırılması üçün yeni texnologiyalar tətbiq edilir, telekommunikasiya şəbəkəsi yenidən qurularaq müasirləşdirilir. Belə ki, Ordubad rayonunu da əhatə edən genişmiqyaslı quruculuq tədbirlərindən Pəzməri kəndinə də pay düşüb. Pəzməri kəndində rabitə xətt təsərrüfatı yenidən qurulur. Hazırda yeni qurulan Pəzməri kənd avtomobil yolunun kənarındakı taxta rabitə dirəklərin yerinə metal dirəklər basdırılır, Unus-Pəzməri kəndləri arasında yeni fiber-optik xətlər çəkilir, yeni paylayıcı şkaf quraşdırılır, istismara yararsız rabitə xətləri yeni xətlərlə əvəz edilir,  yeni abonent qutuları əlavə edilməklə rabitə xətlərində olan digər nasazlıqlar aşkar edilərək bərpa edilir. Kənddə aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni inşa olunan qurumlara yeni rabitə xətləri çəkilir,  96 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyasının quraşdırılması istiqamətində müvafiq işlər görülür. Yeni nəsil telekommunikasiya sistemi istifadəçilərə telefon rabitəsi ilə yanaşı, ən müasir multimedia xidmətləri, yüksəksürətli internet, həmçinin çoxlu sayda servis xidmətləri təqdim edəcəkdir. 
Görülən kompleks işlər, müasir avadanlıqların quraşdırılması nəticəsində kənd sakinləri keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin olunacaqlar.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni

Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.05.2022 17:08