AZ EN RU

Operativ vergi nəzarəti tədbirləri davam etdirilir - FOTO

    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən avqust ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 13 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergiödəyicisi tərəfindən əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, 1 vergiödəyici tərəfindən nağdsız hesablaşmalar zamanı POS-terminaldan istifadə edilməməsi, 1 vergiödəyici tərəfindən xarici valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi, 3 vergiödəyicidə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 4 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığortahaqqının ödənilməsi haqqında qəbz”in alınmaması, 1 şəxsdə malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmaması və 2 şəxsin isə vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 06.09.2022 18:48