AZ EN RU

“Omicron”un 3 yeni simptomu aşkarlanıb

İngiltərədə aparılan araşdırmaya görə, son zamanlar “Omicron” ştamının yeni variantları yaranıb. Buna görə COVID-19 olanlar arasında ishal, iştahasızlıq və qarın ağrısı kimi şikayətlərdə artım var.

Koronavirus pandemiyası bütün dünyada davam edərkən, COVID-19-un “Omicron” variantı dünyada dominantlıq edir. İlk dəfə Cənubi Afrikada aşkar edilən variant bir çox mutasiyaya uğrayaraq mövcudluğunu hələ də qorumaqdadır. “Omicron” növünün “Delta” və “Betta” kimi digər variantlarla müqayisədə daha yüngül simptomlara səbəb olduğu bilinsə də, “Omicron” haqqında hər gün yeni məlumatlar əldə edilir. “Omicron” xəstələrinin əksəriyyətində boğaz ağrısı, şiddətli bədən ağrıları, yorğunluq və baş ağrıları kimi soyuqdəyməyə bənzər simptomlar özünü göstərir. Ancaq İngiltərədə yayılan yeni məlumatlara görə, “Omicron”un simptomları sırasına yeniləri  də əlavə edilib.

Həzm sisteminə təsir edir

İngiltərədə “King's College of London” tərəfindən həyata keçirilən və epidemiya ilə bağlı məlumatları qeyd edən "ZOE COVID Study" tətbiqinə görə, “Omicron” xəstələrində ishal, iştahasızlıq və qarın ağrısı kimi qastrointestinal (həzm sisteminə dair) simptomlar da artıb. Yoluxmuş insanların COVID-19-un üç klassik simptomu: öskürək, qızdırma və iy bilmə itkisi barədə daha az məlumat bildirdikləri açıqlanıb. Mütəxəssislər bildiriblər ki, simptomların bu genişliyi səbəbindən xəstəliyin diaqnozu daha da çətinləşib. Bu arada, “Omicron”un əvvəlki variantlardan daha yumşaq olduğunu söyləməyin mümkün olmadığı, tətbiqdə məlumat paylaşan xəstələrin 2-ci və ya 3-cü doza ilə peyvənd edildiyi qeyd edilib.

Nəşr edilib : 15.02.2022 18:02