AZ EN RU

Novruz bayramı ilə əlaqədar yarmarka olacaq

    Naxçıvan şəhəri, Xətai küçəsində yerləşən Mərkəzi Bazarda və rayon mərkəzlərində martın 14-dən 20-dək ailə təsərrüfatı, sənaye və kənd təsərrüfatı məhsullarının satış yarmarkası  keçiriləcəkdir.
    Yarmarkanın keçirilməsində məqsəd həm əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır. 
    Hər gün səhər saat 8-dən başlayacaq yarmarkada alıcılar ekoloji təmiz, təbii və keyfiyyətli meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və digər məhsulları ala biləcəklər. 
    Yarmarkada muxtar respublikanın bütün bölgələrindən ailə təsərrüfatlarının istehsalı olan müxtəlif çeşiddə məhsullar bazar qiymətlərindən daha sərfəli qiymətlərlə alıcılara təklif ediləcək.
    Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə aidiyyəti qurumlar tərəfindən nəzarət olunacaq.

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 09.03.2022 19:11