5 iyun – Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Babək rayonu ərazisində yerləşən Güznüt gölü ətrafında təmizlik aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi tərəfindən birgə təşkil olunan aksiya “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir!” devizi ilə reallaşıb.
Aksiyada zəruri sanitar ləvazimatlarla təmin olunan gənclər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti