AZ EN RU

Növbəti maarifləndirici seminar

    “Bələdiyyə mülkiyyətində olan əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması” mövzusunda Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirici seminar Babək rayonunun  Şəkərabad kənd mərkəzində keçirilib. 
    Seminarda muxtar respublikada torpaqlardan, o cümlədən bələdiyyə mülkiyyətindəki torpaqlardan səmərəli istifadə olunmasının əhəmiyyətindən danışılıb, keçirilən maarifləndirici tədbirlərin torpaq istifadəçilərinin fəaliyyətinə müsbət təsir etdiyi qeyd olunub. Bu sahədə qanunvericiliyin tələbləri və görüləcək işlərdən söhbət açılıb, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən təyinatına uyğun olmayan istifadəyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimə növləri və məbləğləri barədə də ətraflı məlumat verilib.
    Qeyd olunub ki, bələdiyyə sədrləri torpaq sahələrindən səmərəli istifadə və qanunvericiliyin tələblərinə uyğun istifadə edilməsinə nəzarəti artırmalıdırlar. Xüsusilə də kənd təsərrüfatı torpaqlarının məqsədli təyinatı üzrə istifadəsi, bu sahədə pozuntuların qarşısının alınması üçün tədbirlər davam etdirilməlidir. 
    Sonda suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.09.2022 19:19