AZ EN RU

Növbəti əmək yarmarkası təşkil olunub

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası aprel ayının 6-da Sədərək rayonunda keçirilib.
    Tədbirdə çıxış edənlər bildiriblər ki, əmək yarmarkaları işaxtaran vətəndaşların işlə təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edən aktiv məşğulluq tədbirlərindən hesab olunur. Yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərin qısa vaxt ərzində müvafiq tələblərə cavab verə bilən kadr seçiminə, işaxtaran vətəndaşların isə işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir. Bildirilib ki, əmək yarmarkalarında müəssisələrdə olan vakant iş yerləri işaxtaran vətəndaşlara təklif olunur və onlara seçdikləri iş yerlərinə göndərişlər verilir, peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər peşə hazırlığına cəlb olunurlar.
    Qeyd edək ki, hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 9 müəssisədən 73 boş iş yeri təqdim edilib. Nəticədə, 6 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 12 nəfərin özünüməşğulluq proqramına, 4 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. 

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.04.2022 20:27