AZ EN RU

Növbəti əmək yarmarkası

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində aktiv məşğulluq tədbirlərinin təşkili də diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada işaxtaran şəxslərin məşğulluğunun təmin olunması məqsədilə əmək yarmarkaları keçirilir. Növbəti əmək yarmarkası Babək rayonunda təşkil olunub.
    Tədbirdə çıxış edənlər bildiriblər ki, muxtar respublikada işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradılıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb. Dövlət proqramının icrası ilə əlaqədar ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, əldə edilən nəticələr əsasında aktiv məşğulluq tədbirlərinin icrası diqqətdə saxlanılıb. Qeyd olunub ki, hər rüb təşkil edilən əmək yarmarkaları da bu baxımdan mühüm əhəmiyyətə malikdir.
    Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 51 müəssisədən  232 boş iş yeri təqdim olunub. Nəticədə, 32 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin edilib, 13 nəfərin özünüməşğulluq proqramına, 6 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin 
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.04.2022 19:45