AZ EN RU

Nehrəmdə məktəb binasının çökməsi ilə əlaqədar rəsmi məlumat yayıldı

Babək rayonunun Nehrəm qəsəbəsində məktəb binasının çökməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyindən məlumat daxil olub.

Məlumatda deyilir:

“Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir. 2022 - ci il 31 mart tarixində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarının çökməsi nəticəsində 3 tikinti işçisi həlak olmuş, bir nəfər isə xəsarət almışdır.

Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır”.

Qeyd edək ki, ölkənin bir sıra informasiya saytı və sosial şəbəkə hesablarında məktəb binasının çökməsi nəticəsində müəllim və şagirdlərin həlak olması ilə bağlı əsassız informasiyalar yayılıb. Bu informasiyalar həqiqəti əks etdirmir. Təhsil Nazirliyinin  rəsmi məlumatına görə, təmir işləri başlayandan sonra qəza baş verən məktəbin şagirdləri öz təhsillərini Nehrəm qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə davam etdirirlər.

Nəşr edilib : 31.03.2022 16:51