AZ EN RU

Naxçıvanlı həkimlərin beynəlxalq konfransda iştirakı təmin olunub

    Rusiya Terapevtlərinin Elmi Tibb Cəmiyyəti ilə Azərbaycan Tibb Universitetinin birgə daxili xəstəliklər və onların müalicəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransa Naxçıvan Muxtar Respublika Xəstəxanasının heyəti də qoşulub.
    Konfransda Azərbaycanın və Rusiyanın müxtəlif tibbi-elmi müəssisələrinin mütəxəssislərinin çıxışları dinlənilib. Çıxışlarda elmi-praktik konfransın qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi baxımından böyük önəmi vurğulanıb. Bildirilib ki, Rusiya Terapevtlərinin Elmi Tibb Cəmiyyəti daxili xəstəliklər sahəsində aparıcı rus mütəxəssislərinin səylərini birləşdirmək məqsədilə 100 ildən artıq müddətdir ki, fəaliyyət göstərir. Cəmiyyət yarandığı gündən ümumi praktikantların peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini özünün əsas vəzifəsi hesab edir.
    Konfransda  “COVID-19 dünən, bu gün və sabah”, “Daxili xəstəliklər” və digər mövzularda məruzələr dinlənilib. 
    Konfransda Naxçıvanda yerləşən Duzdağ Fizioterapiya Mərkəzi və buradakı təbii müalicənin effektiv nəticələri barədə iştirakçılara geniş məlumatlar verilib. 
    Konfrans müxtəlif mövzularda məruzə və müzakirələrlə öz işini davam etdirib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.02.2022 20:34