AZ EN RU

Naxçıvanda təhsil alan əcnəbi və ölkəmizin digər regionlarından olan tələbələrə bayram payı verilib

    Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikada təhsil alan əcnəbi və ölkəmizin digər regionlarından olan 200 tələbəyə Novruz bayramı münasibətilə ərzaq payı təqdim olunmuşdur.
    Naxçıvan Dövlət Universitetində bu münasibətlə tədbir keçirilmişdir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi  Seymur Talıbov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada bütün sahələrlə yanaşı, təhsilə də hərtərəfli dövlət qayğısı göstərilir, yeni binalar tikilir, tədris bazası gücləndirilir. Göstərilən dövlət qayğısı sayəsində təhsilin səviyyəsi yüksəlmiş, ixtisaslı kadrların hazırlanmasında mühüm uğurlara nail olunmuşdur. Bu qayğıdan Naxçıvan Dövlət Universitetinə də pay düşmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada təhsil alan tələbələrin qayğılarını daim diqqətdə saxlayır, onların maddi vəziyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər həyata keçirilir. Xalqımızın milli bayramları içərisində özünəməxsusluğu ilə seçilən Novruz bayramı ərəfəsində tələbələrə bayram sovqatının verilməsi də bu sahədə görülən işlərin davamıdır.   

    Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirmişdir ki, muxtar respublikanın ali təhsil müəssisələri Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Yaradılan təhsil şəraiti muxtar respublikada təhsil almaq istəyən əcnəbi tələbələrin sayını artırmışdır. Son dövrlərdə istər pandemiya ilə əlaqədar, istərsə də əlamətdar bayram günləri ərəfəsində tələbələrə maddi yardımların göstərilməsi də bu qayğının təzahürüdür. Bu gün isə Novruz bayramı münasibətilə tələbələrə bayram sovqatı verilir. Elbrus İsayev ali təhsil müəssisələrinin müəllim-tələbə heyətləri adından Ali Məclis Sədrinə minnətdarlığını bildirmişdir. 

    Sonra muxtar respublikada təhsil alan əcnəbi və ölkəmizin digər regionlarından olan tələbələrə ərzaq payları təqdim edilmişdir.

“Şərq qapısı”

Nəşr edilib : 14.03.2022 20:10