AZ EN RU

“Naxçıvanda mənəvi dəyərlərə qayğı” mövzusunda tədbir

    Dünən Milli Dəyərlər Muzeyinin ekspozisiya zalında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvanda mənəvi dəyərlərə qayğı” mövzusunda tədbir təşkil edilib. 
    Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açaraq qeyd edib ki, Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri sayılan Naxçıvanda bu gün də milli-mənəvi dəyərlərimiz qorunur və yaşadılır. Bu, muxtar respublikada digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolun uğurla davam etdirilməsinin nəticəsidir. Bu sahədə aparılan məqsədyönlü siyasət milli-mənəvi dəyərlərimizin dünyada təbliğinə və tanıdılmasına xidmət edir.
    Tədbirdə Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə  fəlsəfə doktoru Qadir Əkbərov, Milli Dəyərlər Muzeyinin baş fond mühafizi Telman İbrahimov və  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşı Ruzi Süleymanov çıxış ediblər. 
    Sonra Milli Dəyərlər Muzeyinin ekspozisiyasına baxış olub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.01.2022 21:00