AZ EN RU

Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında ikinci turun oyunları keçirilib

    İkinci turda “Azərbaycan-Naxçıvan” komandası Misir komandası ilə qarşılaşıb. Ağ fiqurlarla mübarizə aparan Nazlı Hümbətova Adam Fəhmi, Zərifə Abbasova isə Jana Tamerlə üz-üzə gəlib. Bu görüşlərdə Nazlı və Zərifə rəqibləri üzərində qələbəni bayram ediblər. Ziad Rauf Abdellə görüşdə Hüseyn Seyid də ağ-qara taxtanı qalib kimi tərk edib. Sadiq Abbasov isə Omar Mustafa Məhəmmədlə oyunda “sülh”ə razılaşıb – 3,5:0,5. Bununla komandamız olimpiadada ilk komanda qələbəsini qazanıb.
    İlk turu qələbə ilə başa vuran “Azərbaycan-2” komandası “Özbəkistan-1” komandası ilə görüşdə məğlub olub – 1,5:2,5. “Azərbaycan-1” komandası isə “Qırğızıstan” komandasının müqavimətini qırıb – 3:1. Yarışa məğlubiyyətlə başlayan “Azərbaycan-3” komandası “Özbəkistan-2” yığması ilə münasibətlərə aydınlıq gətirib. Bu görüşdə komandamız ardıcıl olaraq ikinci dəfə ağ-qara taxtanı məğlub tərk edib – 0:4. “Azərbaycan-4” komandası isə “CAR-2” komandası üzərində 3,5:0,5 hesablı qələbə qazanıb.
    Turnirə qələbə ilə başlayan “İran” və “Türkiyə-Anatolia” komandalarının görüşündə qalib gələn tərəf olmayıb – 2:2. Maraqla gözlənilən “Meksika”-“Hindistan” qarşılaşmasında isə ağ-qara taxtanı ikincilər qələbə ilə tərk ediblər – 0,5:3,5.
    İkinci turda keçirilən digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
    Monqolustan-Türkiyə-Red – 1:3
    Qazaxıstan-Moldova – 3,5:0,5
    Kuba-Banqladeş – 3:1
    Latviya-Türkiyə-White – 0:4
    Azərbaycan-Sumqayıt-Kanada – 2:2
    İngiltərə-CAR-3 – 2:2
    Malayziya-Gürcüstan – 2 4:0
    CAR-1-Gürcüstan-1 – 0:4
    Livan-Şri-Lanka – 2:2
    Panama-Honqkong – 2,5:1,5
    Qeyd edək ki, olimpiadaya oktyabrın 10-da yekun vurulacaq.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 03.10.2022 21:00