AZ EN RU

Naxçıvanda ənənəvi “Göycə” festivalı keçiriləcək

Iyunun 4-5-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Göycə” festivalı keçiriləcək.

Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli  və Sədərək rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışı keçiriləcək.

Tədbirdə göycə yetişdirən fermerlər arasında “Ən yaxşı göycə” müsabiqəsi keçiriləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, Naxçıvanda ötən illərdə də “Göycə” Festivalı keçirilib. Müxtəlif Kütləvi İnformasiya Vasitələri və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılan ənənəvi Festival Naxçıvana gələn qonaqlar və turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanıb.

Nəşr edilib : 24.05.2022 14:34