AZ EN RU

“Naxçıvanbank”ın Naxçıvan şəhər filialı xidmət keyfiyyətini daha da artırıb

“Naxçıvanbank” ASC müasir dövrün tələblərinə uyğun olaraq rəqəmsallaşmanı daha da stimullaşdırmaq, həmçinin əhalinin bank xidmətlərindən daha rahat faydalana bilməsi üçün bankomat və ödəmə terminallarını yeniləyərək artırmağa davam edir.

Hazırda “Naxçıvanbank” ASC ölkə üzrə 51 bankomat və 99 ödəniş terminalı ilə əhaliyə yüksək səviyyədə xidmət göstərir.

Müştərilərə göstərilən xidmətin daha da yaxşılaşdırılması məqsədilə bankın Naxçıvan şəhər filialı müasir standartlar səviyyəsində əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib və xidmət keyfiyyəti daha da artıb.

Azərbaycanın digər regionlarında yaşayan əhaliyə də yüksək keyfiyyətli bank xidmətlərinin təqdim olunması üçün mühüm layihələr hazırlanır.  

Nəşr edilib : 24.01.2023 12:36