AZ EN RU

“Naxçıvan” Universitetinin tələbəsi beynəlxalq arenada uğur qazanıb

    Naxçıvan karateçiləri Bolqarıstanın Albena Kranevo şəhərində keçirilən 12-ci Avropa Şotokan Çempionatında iştirak ediblər. Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış 20-22 may tarixlərini əhatə edib. Çempionatda 8 yaşlı uşaqlardan tutmuş 53 yaşadək veteranlar və paralimpiyaçılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə mübarizə aparıblar. 16 ölkədən 422 karateçi tatamidə öz bacarığını nümayiş etdirib. Karatenin “kata”, “şobu ippon”, “şobu sanbon”, “WKF kumite” üslublarında qaliblər müəyyənləşib.
    Turnirdə iştirak edən “Naxçıvan” Universitetinin Bədən tərbiyəsi və idman ixtisası üzrə III kurs tələbəsi Rəşad Qasımov 3 kateqoriyada döyüşüb.  “Şobu ippon” üzrə birinci olan Rəşad Qasımov digər üslublarda ilk üçlükdə qərarlaşıb.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 26.05.2022 21:15