AZ EN RU

“Naxçıvan” Universitetinin daha bir uğuru

    Ali təhsil ocağının müəllim və tələbələrinin məqalələrinin nüfuzlu jurnallarda dərc olunması qazanılan mühüm elmi nailiyyətlərdəndir. “Naxçıvan” Universitetinin müəllimi Şamil Hümbətov və ali təhsil ocağının Kompüter mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi Fərhad Heydərovun “Eyetracker as a new research tool” (“Göz izləyicisi yeni tədqiqat vasitəsi kimi”) adlı məqaləsi Jomard Publishing nəşriyyatının nəşr etdiyi Journal of Modern Technology and Engineering jurnalında dərc olunub.
    Qeyd edək ki, sözügedən jurnal müasir texnologiya və mühəndislik sahələri üzrə orijinal tədqiqatlar, araşdırmalar, icmal məqalələr dərc edir. Bütün çap edilən məqalələr ciddi rəydən keçirilir. Jurnal dünyanın hər yerindən olan müasir texnologiya və mühəndis həllərinə həsr olunmuş ən yeni nəticələri əhatə edir. Bu məqalələr jurnalın geniş oxucu kütləsinə texnologiyalar və müxtəlif mühəndis problemlərinin həll üsulları sahəsində ən son nəticələrdən xəbərdar olmağa kömək edir.

“Naxçıvan” Universitetinin mətbuat xidməti 

Nəşr edilib : 24.01.2023 19:19