AZ EN RU

Naxçıvan şəhərində bayram şənliyi keçirilib. Dövlət və hökumət nümayəndələri şənlikdə iştirak edib

Yanvarın 1-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində xoş əhvali-ruhiyyəli şən mahnılar səsləndirilib, rəqs nümunələri təqdim olunub.

Bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.

Naxçıvan şəhərində bayram şənliyi və ictimai-iaşə xidməti gün ərzində davam edib.

Nəşr edilib : 03.01.2023 14:57