AZ EN RU

“Naxçıvan Premium Turniri-2” davam edir

    Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində şahmat üzrə “Naxçıvan Premium Turniri-2”də 4-cü turun oyunları keçirilib.
    Bu turda beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev (2353) Seyid Hüseynlə (2098) üz-üzə gəlib. Maraqla gözlənilən görüşün qalibi Urfan olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2293) də bu turu qələbə ilə başa vurub. O, Rza Həsənli (1582) üzərində qələbə qazanmaqla buna nail olub. FIDE ustası Sadiq Məmmədov (2177) İlkin Qəbulovu (1602), Sadiq Qarayev (2126) isə Nazlı Hümbətovanı (1629) məğlub etməklə, aktivlərinə bir xal yazdırmağı bacarıblar. 
    Beynəlxalq usta Pərviz Qasımov (2359) da bu turu qələbə ilə başa vurub. Ayxan Əliyev (1983) üzərində qələbə qazanan Pərviz xal ehtiyatını 2,5 edib. Ata və qızının – Beynəlxalq usta Talıb Babayev (2258) və FIDE ustası olan Nəsrin Babayevanın (2017) duelində isə qalib gələn tərəf ata Babayev olub. 
    Dörd turdan sonra turnir cədvəlində 5 zəka sahibi – Toğrul Həsənzadə, Talıb Babayev, Urfan Sevdimalıyev, Sadiq Məmmədov və Sadiq Qarayevin 3 xalı var.
    Bu gün beşinci turun oyunları keçiriləcək. Bu turda aşağıdakı cütlüklər qarşılaşacaq:


    Urfan Sevdimalıyev – Talıb Babayev
    Sadiq Məmmədov - Toğrul Həsənzadə
    Nəsrin Babayeva – İlkin Qəbulov
    Rza Həsənli - Ayxan Əliyev
    Pərviz Qasımov - Nazlı Hümbətova
    Sadiq Qarayev – Seyid Hüseyn

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 17.01.2022 19:38