AZ EN RU

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ordu quruculuğu sahəsində xüsusi xidmətlərinə görə Kərəm Nəriman oğlu Mustafayev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif edilsin.

Naxçıvan Muxtar Respublikası

          Ali Məclisinin Sədri                                         VASİF TALIBOV

Naxçıvan şəhəri, 01 iyul 2022-ci il

Nəşr edilib : 01.07.2022 18:51