AZ EN RU

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilib

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin 5 illik fəaliyyətinə dair hesabatı dinləniləcək, daha sonra birliyin yeni İdarə Heyətinin üzvləri və birliyin sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.  

Konfransın gündəliyi qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin hesabatı dinlənilmişdir.

Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilmişdir.

Birliyin İdarə Heyətinin üzvləri Həsənəli Eyvazov və Qafar Qənbərov çıxış edərək Əliyev Asim Yediyar oğlunun Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri vəzifəsinə namizədliyini irəli sürmüşlər.  

Təklif səsə qoyularaq qəbul olunmuş və Asim Əliyev Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri seçilmişdir.  

Asim Əliyev minnətdarlıq edərək göstərilən etimadı doğrultmaq üçün səylə çalışacağını bildirmişdir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilmiş, konfransın qərarı qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransda çıxış edərək ədəbi mühitin inkişafı ilə bağlı görülən işlərdən danışmış, qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

“Şərq qapısı”

Nəşr edilib : 14.11.2022 16:17