AZ EN RU

Naxçıvan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev iyunun 4-də "Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

Təltif edilənlər arasında “Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları da vardır.

Prezidentin Sərəncamı ilə Quliyev Sahəddin Həsənqulu oğlu, Məmmədov Anar Əli oğlu, Novruzov Elman Novruz oğlu, Rzayev Telman Qafar oğlu və Sadıqov Vilayət Vəliyullah oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə təltif ediliblər.

Nəşr edilib : 04.06.2022 18:04