AZ EN RU

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən qardas Türkiyəyə humanitar yardım göndəriləcək

Zəlzələdən əziyyət çəkənlər üçün ümumqoşun ordu qardas ölkəyə 510 ədəd müxtəlif ölçüdə çadır,  5000 ədəd toxuma corab, 1500 ədəd toxuma boyunluq, 1000 ədəd yun köynək, 237 ədəd kişi ayaqqabısı, 200 ədəd istilik lampası, 423 ədəd portativ yataq, 613 ədəd plastik oturacaq göndərəcək. Göndəriləcək ləvazimatlarla yanaşı, 2 ton quru ərzaq və müxtəlif dərman preparatları da zəlzələdən əziyyət çəkənlər üçün yola düşəcək TIR-lara yüklənib. Yüklərin bugün yola düşəcəyi gözlənilir.

"Şərq qapısı"

Nəşr edilib : 08.02.2023 17:41