AZ EN RU

Müxtəlif fəaliyyət sahələrinə uyğun aktivlərin verilməsi davam edir

    Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır.
    Memoranduma əsasən sosial qayğıya ehtiyacı olan ailələr, o cümlədən sağlamlıq imkanları məhdud şəxslər, xüsusi qayğıya ehtiyacı olan şəhid və qazi ailələri barədə məlumatlar əsasında muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən müxtəlif fəaliyyət sahələrinə uyğun aktivlərin verilməsi nəzərdə tutulmuşdur. 
    Görülən işlər çərçivəsində artıq “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının xətti ilə Şərur rayonunun Mahmudkənd sakini Namiq Novruzova avtomobil şinlərinin təmiri, Naxçıvan şəhər sakini Rəfael Nəbiyevə isə avtoçilingər fəaliyyəti göstərməsi məqsədilə alınmış müxtəlif növ avadanlıqların verilməsi təmin edilmişdir.
    Qeyd edək ki, proqram muxtar respublika üzrə, ümumilikdə, 50 sosial qayğıya ehtiyacı olan ailəni əhatə edəcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.02.2022 20:34