AZ EN RU

Müxtəlif fəaliyyət sahələrinə uyğun aktivlər verilib

    Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma uyğun olaraq işlər davam etdirilir. 
    Proqrama uyğun olaraq dünən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin öz vəsaiti hesabına Naxçıvan şəhər sakini Mehman Vəliyevə avtomobil şinlərinin təmiri məqsədilə, Babək rayonunun Naxışnərgiz kənd sakini Ramis Əliyevə və Qahab kənd sakini Minayə Əliyevaya isə dərzi fəaliyyəti üçün alınmış avadanlıqlar təqdim edilmişdir. 
    Qeyd edək ki, memoranduma əsasən agentliyin mərkəzlərinə müraciət edən sağlamlıq imkanları məhdud olan şəxslər, aztəminatlı ailələr, sosial qayğıya ehtiyacı olan şəhid və qazi ailələri barədə məlumatlar əsasında muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən müxtəlif fəaliyyət sahələrinə uyğun aktivlərin verilməsi nəzərdə tutulmuşdur. Proqram muxtar respublika üzrə, ümumilikdə, 50 aztəminatlı ailəni əhatə edir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 11.03.2022 19:06