AZ EN RU

Muxtar respublikada su təminatı yaxşılaşdırılır

    2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə verilmiş tapşırıqların icrası üzrə işlər davam etdirilmişdir.
    2022-ci ilin dekabr ayında torpaq sahələrinin suvarılması işlərinin davam etdirilməsi məqsədilə cəmiyyətin tabe təşkilatları tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri aparılmış, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri yerinə yetirilmiş, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və su ehtiyatlarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.  
    Muxtar respublika üzrə su istifadəçilərinə dekabr ayı ərzində 9.6 milyon kubmetr su verilmiş, bunun müqabilində 4 min 864 hektar torpaq sahəsi suvarılmışdır.  
    2022-ci ilin dekabr ayı ərzində 0.25 kilometr seləqarşı istiqamətləndirici bənd tikilmiş, 0.13 kilometr sahilbərkitmə işləri aparılmış, 5.85 kilometr beton və torpaq kanal, 15.43 kilometr ara arxlar, 1,3 kilometr kollektor lildən təmizlənmiş, 8.43 kilometr içməli su xətti çəkilmiş, 0,21 kilometr kanalizasiya xətti, 4.53 kilometr suvarma boru xətti, 0.01kilometr yeni kaptaj, 0.28 kilometr qapalı drenaj xətti tikilmiş, 2,54 kilometr mövcud içməli su xətlərində, 0,11 kilometr kanalizasiya xətlərində, 0.75 kilometr suvarma boru xətlərində, 3.14 kilometr təzyiqli boru xətlərində, 0.18 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır. 
    Torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir. Babək rayonunda Sirab Su Anbarına sugətirən kanalın 400 metr hissəsində təmir işləri aparılmışdır.
    Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmışdır. 
    Görülən işlər nəticəsində Şərur rayonunda 14 hektar, Sədərək rayonunda 0.5 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
    Şərur rayonunun Həmzəli və Axura kəndlərinə içməli su xəttinin çəkilişi davam etdirilmiş, 1.99 kilometr uzunluğunda yeni xətt çəkilərək işlər başa çatdırılmışdır. Sədərək rayonundakı “N” hərbi hissəyə içməli su xəttinin çəkilişi davam etdirilmiş və 5.28 kilometr yeni boru xətti quraşdırılmışdır.
    Suvarma mövsümünü uğurla başa çatdırmaq məqsədilə təmirə ehtiyacı olan suvarma boru xətlərində işlər davam etdirilmiş, yeni suvarma boru xətləri quraşdırılmışdır. 
    Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 3200 hektar əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilmiş, 130 metr sahilbərkitmə işləri aparılmışdır.
    2022-ci ilin dekabr ayı ərzində 5 kəhrizdə təmir-bərpa işləri davam etdirilmişdir.
    Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 2 ədədinə yeni nasos quraşdırılmaqla 44-ü təmir olunmuşdur. Bundan əlavə, Naxçıvan şəhərində yerləşən “N” hərbi hissənin ərazisində su təminatını yaxşılaşdırmaq məqsədilə 1 ədəd subartezian quyusunun tikintisi başa çatdırılmışdır. 
    “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Sədərək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə kanalizasiya və içməli su xətlərinin quyularında təmir-bərpa işləri aparılmış, yeni kanalizasiya quyuları tikilmiş, su anbarlarından suyun boşaldılması üçün 432 metr təxliyə xətləri quraşdırılmışdır. 
    Kəngərli rayonunda içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir.
    Bundan əlavə, Culfa rayonunun Yaycı kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə su təchizatı şəbəkəsinin tikintisi işləri başa çatdırılmışdır. Sədərək rayonunun Dəmirçi kəndində tikinti işləri davam etdirilmiş, 586 evə su sayğacı quraşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası
 Meliorasiya və Su Təsərrüfatı
 Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

Nəşr edilib : 23.01.2023 19:59