AZ EN RU

Muxtar respublika yazıçıları ilə şagirdlərin görüşü olub

    Naxçıvan Dövlət Texniki Kollecində muxtar respublika yazıçıları ilə şagirdlərin görüşündə çıxış edən  təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikanın yazıçıları ilə keçirilən görüş də “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərin davamıdır. Təhsil müəssisələrində yazıçı və şairlərlə görüşlərin, onların əsərlərinin müzakirələrinin keçirilməsi şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasında, onlarda yaradıcılığa marağın artırılmasında mühüm rol oynayır.   
    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edərək muxtar respublikamızda elmə, ədəbiyyata verilən dəyərdən danışıb. 
    Tədbirdə Şərur rayon Aralıq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Sabrina Mədətova isə yaxşı təhsil alması üçün yaradılan şəraitə və yaradıcılıq yolunda ona dəstək olanlara minnətdarlığını bildirib.
    Sonda Yazıçılar Birliyinin üzvləri şagirdlərə öz kitablarını imza edərək hədiyyə ediblər.

Naxçıvan Muxtar Respublikası 
Təhsil  Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.04.2022 18:44