AZ EN RU

Muxtar respublika paralimpiyaçısı milli komandanın heyətində təlim-məşq toplanışında iştirak edib

    Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən müxtəlif idman yarışları, maarifləndirici tədbirlər keçirilir, respublika və beynəlxalq miqyaslı yarışlarda muxtar respublika təmsilçilərinin iştirakına xüsusi önəm verilir. Görülən işlər son dövrlərdə öz uğurlu nəticələrini göstərməkdədir. Artıq paralimpiyaçılarımız müxtəlif muxtar respublika səviyyəli yarışlarda yüksək nəticələr göstərməklə yanaşı, Azərbaycan milli komandalarının heyətinə də mütəmadi cəlb edilirlər. 
    Son olaraq federasiyanın qolbol idman növü üzrə paralimpiyaçısı Qəzənfər Zamanov milli komandanın heyətində İran İslam Respublikasında təlim-məşq toplanışında olub. May ayının 7-dən 21-dək davam edən təlim-məşq prosesləri zamanı idmançıların beynəlxalq yarışlara hazırlığı yoxlanılıb, bu istiqamətdə idmançılara müvafiq tövsiyə və tapşırıqlar verilib.
    Qeyd edək ki, ötən il də qolbol idman növü üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışına muxtar respublikadan paralimpiyaçı idmançılar və məşqçi-müəllim dəvət olunmuşdu.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.05.2022 20:39