AZ EN RU

Milli-mənəvi dəyərlər gənclər arasında təbliğ olunur

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər üçün “Milli-mənəvi dəyərlər: müasirlik və ənənə” mövsuzunda maarifləndirici tədbir keçirilib. Tədbirdə nazirliyin əməkdaşı Azadə Əliyeva, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, şair Elxan Məmmədov, bölmənin əməkdaşları Səkinə Cümşüdova və Samirə Məmmədova çıxış edərək gənclərin şəxsi inkişafı və dünyagörüşünün formalaşması istiqamətində görülən işlərdən danışıblar, qloballaşma dövründə milli-mənəvi dəyərlərimizin mühafizə olunmasının əhəmiyyətindən bəhs ediblər.
    Tədbir diskussiya şəklində davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.08.2022 18:24