AZ EN RU

Məktəb direktoru ilə müəllimlər arasında mübahisə yaranıb

Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə baş verən insidentdən sonra Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Təhsil naziri baş verən hadisə ilə bağlı açıqlama verib: "12 nömrəli tam orta məktəb Naxçıvan Muxtar Respublikasının ən öndə gedən məktəblərindən biridir və burada nüfuzlu müəllimlər çalışır. Məktəbin nəticələri də uğurludur. Ötən tədris ilində məktəb 71 faizdən çox qəbul verib və məktəbi qızıl nişanla bitirən məzunların olub. Bu da burada çalışan kollektivin əməyinin nəticəsidir. Sadəcə direktorla məktəb kollektivi arasında anlaşılmazlıq olubdur. Dünən və bugün burada xüsusi komissiya ilə iclas keçirdik və komissiyaya tərəfindən bir daha təhlillər aparıldı. İndi yekun protokollar hazırlanır və gün ərzində qərar veriləcək".

Nəşr edilib : 03.02.2023 17:34