AZ EN RU

Maliyyə-mühasibat işləri ilə bağlı təlim

    Maliyyə Tədris Mərkəzində keçirilən növbəti təlimə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar idarələri, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi, “Naxçıvan Lift Xidməti” publik hüquqi şəxs, Fəxri Xiyaban İdarəsi və digər təşkilatlarda çalışan 12 nəfər mütəxəssis cəlb olunub.
    Mərkəzin direktoru, dosent Mehriban İmanova keçirilən təlimlərin məqsədinin beynəlxalq mühasibat uçotu standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, bu sahədə mütəxəssislərin biliklərinin artırılmasından ibarət olduğunu bildirib.
    Təlimin ilk günü “Cahan AVM” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Nurlan Vəliyev “Təsərrüfathesablı müəssisələrdə mühasibat uçotunun təşkilinin nəzəri əsasları” modulu ətrafında danışıb.
    Növbəti gün “Təsərrüfathesablı müəssisələrdə mühasibat uçotunun təşkilinin praktik izahı” moduluna uyğun olaraq məzuniyyət və onun əmsallaşdırılması, ezamiyyənin hesablanması və digər əməliyyatlar üzrə praktik iş yerinə yetirilib,suallar cavablandırılıb.
     Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Nəşr edilib : 27.01.2022 20:13