AZ EN RU

Magistraturaya qəbul imtahanı olub

    Dövlət İmtahan Mərkəzi  fevralın 20-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına  qəbul imtahanı keçirib.
    Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda –  Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə, 71 imtahan binasında aparılıb. İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları yoxlanılıb. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanıb. İmtahanda iştirak etmək üçün 17097 bakalavr ərizə təqdim edib. Onlardan 15653 nəfəri Azərbaycan, 1444 nəfəri isə rus bölməsi üzrə imtahan verib.  İmtahanın idarə olunmasına 271 imtahan rəhbəri və ümumi rəhbər, 1590 nəzarətçi-müəllim, 146 buraxılış rejimi əməkdaşı cəlb olunub.
    Naxçıvan Muxtar Respublikasında imtahanlar Naxçıvan şəhər  5 və 14 nömrəli tam orta məktəblərdə keçirilib. 558 bakalavrın iştirak etdiyi imtahana 7 rəhbər, 56 nəzarətçi-müəllim cəlb edilib. İmtahan saat 1100-da başlanıb və 3 saat davam edib.
    İmtahan qaydalarına görə bakalavrlara 50-si məntiqi təfəkkür, 25-i xarici dil, 25-i isə informatika olmaqla, 100 sual təqdim olunub. Hər bir cavab 1 balla qiymətləndirilir və səhv cavablar  düzgün cavabların nəticəsinə  təsir göstərmir. 
    İmtahan nəticələri yaxın günlərdə  elan ediləcək.    

 Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 21.02.2022 19:47