AZ EN RU

Maarifləndirici tədbir kecirilmişdir

Martın 16-da  Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi tərəfindən 2022-ci ildə görüləcək işlər üzrə Tədbirlər Planına uyğun olaraq maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Sığorta Xidmətinin əməkdaşları Şəfa Əhmədli, Zeynəb Babayeva və Amil Məmmədov çıxış edərək “Fərdi Qəza sığortası”, “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Fiziki şəxslərə məxsus olan əmlakların sığortası”, “Fiziki şəxslərə məxsus olan heyvanların sığortası” növlərinin icrası ilə bağlı ətraflı məlumat veriblər.

Sonda verilən suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, Xəstəxananın işçilərinə qeyd olunan sığorta növlərinə dair buklet və broşürlər paylanılıb.

Nəşr edilib : 16.03.2022 15:37