AZ EN RU

Maarifləndirici tədbir keçirilib

14-15 mart tarixlərində Babək rayon Mərkəzi xəstəxanasında və Kəngərli rayon Xok kənd tam orta məktəbində “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi tərəfindən maarifləndirici tədbir keçirilib.

Tədbirlərdə Dövlət Sığorta Xidmətinin əməkdaşları tədbir iştirakçılarına “Fiziki şəxslərə məxsus olan əmlakların sığortası”, “Fiziki şəxslərə məxsus olan heyvanların sığortası”, “Fərdi qəza sığortası”, “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” “Daşınmaz əmlakın icbari sığortası” və “Aqrar sığorta” növlərinin icrası ilə bağlı ətraflı məlumat veriblər.

Sonda verilən suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, qeyd olunan sığorta növlərinə dair buklet və broşürlər paylanılıb.

Nəşr edilib : 16.03.2022 11:13