AZ EN RU

Kütləvi dərin tibbi müayinələrə başlanılmışdır

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi şəxsin 2022-ci ilin iş planına uyğun olaraq 1 noyabr 2022-ci il tarixdən Naxçıvan şəhərində fəaliyyət göstərən məktəb və məktəbəqədər tədris müəssisələrində məktəblilərin, eləcə də uşaqların kütləvi dərin tibbi müayinələrinə başlanılmışdır. 
    Qeyd edək ki, belə kütləvi dərin tibbi müayinələr Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə ildə 2 dəfə payız-qış və yaz mövsümlərində aparılır. Növbəti müayinələrin mütəşəkkil həyata keçirilməsi üçün xəstəxananın Poliklinika şöbəsi Tədbirlər Planı hazırlayıb, həkim briqadası təşkil edib. Həkim briqadasının tərkibinə pediatr, oftalmoloq, uroloq cərrah, endokrinoloq, travmatoloq, stomatoloq və psixiatr daxil edilmişdir. Müayinə zamanı məktəblilərdə aşkar olunan xəstəliklər dispanser qeydiyyata götürülür, həmin xəstələrin müşahidəsi davam etdirilir. Tədbir dekabr ayının 20-dək davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.11.2022 18:22