AZ EN RU

Komandamızdan ardıcıl 6-cı qələbə

Azərbaycan I Divizionunda növbəti turun oyunları keçirilib. 6-cı tur çərçivəsində “Araz-Naxçıvan” “Zirə-2” Futbol Klubunun qonağı olub. Bakıda yerləşən “ASk Arena”da keçirilən görüşü Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov və Fəridə Lütfəliyevadan ibarət hakimlər briqadası idarə edib.

Turnir cədvəlinin vahid lideri olan muxtar respublika təmsilçisi bu turda da azarkeşlərini sevindirib. Belə ki, oyuna sürətli başlayan “qırmızı-ağlar” 14-cü dəqiqədə Orxan Əliyevin “ifa”sında hesabı açıblar – 1:0. Görüş ərzində bir neçə epizodda fərqi artırmağa yaxın olan Naxçıvan təmsilçisi rəqib qapısına yol tapa bilməyib və oyun komandamızın qələbəsi ilə başa çatıb.

Bu görüşdən də 3 xalla ayrılan “Araz-Naxçıvan” ardıcıl 6-cı qələbəsini bayram edib və turnir cədvəlinə 18 xalla başçılıq edir. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 06.10.2022 21:05