AZ EN RU

Karateçimiz mükafatçılar sırasında

    Bakı şəhərində “Caspian Open” beynəlxalq karate turniri keçirilib. Azərbaycan Milli Karate Federasiyasının dəstəyi ilə Bakı İdman Sarayında təşkil olunan yarış 6-18 yaşlı uşaq, yeniyetmə və gəncləri əhatə edib. 
    Muxtar respublikadan yarışda bir nəfər – Naxçıvan Karate-do Federasiyasının idmançısı Fatimə Bağırzadə medallar uğrunda mübarizə aparıb. O, 8 yaşlılar arasında kumite növü üzrə gücünü sınayıb. Karateçimiz 25 kiloqram çəki dərəcəsində ikinci olub. 
    Turnirdə ilk üç yeri tutan idmançılar diplom və medallarla mükafatlandırılıblar. 

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.11.2022 20:41