AZ EN RU

Karateçilərimiz Bakıdan 17 medalla qayıdıblar

    Bakı İdman Sarayında 6-13 yaş arası uşaqlar arasında “Olimpiya ümidləri – 2022” beynəlxalq karate turniri keçirilib. Avropa Karate Federasiyasının təqvim planına daxil edilən yarışda Küveyt, Qazaxıstan, Özbəkistan, Litva, Amerika Birləşmiş Ştatları və Azərbaycandan olan idmançılar iştirak ediblər. 
    Naxçıvan Karate-do Federasiyasının 23 idmançısı turnirdə medallar uğrunda mübarizə aparıb. Təmsilçilərimizdən 15-i adını mükafatçılar sırasına yazdırmağı bacarıb. Əli Bayramov (12-13 yaş, 55+ kiloqram), Ayxan Musayev (10-11 yaş, -30 kiloqram), Sona Bağırova (8-9 yaş, -35 kiloqram), Məhəmməd Quluzadə (8-9 yaş, 35+ kiloqram, 40+ kiloqram), Xədicə Bayramova (6-7 yaş, -25 kiloqram), Yusif Orucov (6-7 yaş, -20 kiloqram), Elşən Teymurzadə (6-7 yaş, -25 kiloqram), Həmidə Əzizova (6-7 yaş, 25+ kiloqram) birinci olublar. Digər idmançılarımız müxtəlif əyarlı medallar qazanıblar.
    Bununla da Naxçıvan karateçiləri yarışı 9-u qızıl, 4-ü gümüş, 4-ü bürünc olmaqla, ümumilikdə, 17 medal­la tamamlayıb.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.09.2022 20:28