AZ EN RU

İntellektual yarışlar təşkil edilib

    “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Şərur rayonunda yerləşən sərhəd komendantlığının şəxsi heyəti arasında “Vətəni tanı!” və “Nə? Harada? Nə zaman?” intellektual oyunları keçirilib. Gənclər və İdman Nazir­liyi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirin iştirakçıları Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra intellekt mübarizəsinə start verilib, ilk üç yerin sahiblərinə diplom və hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 23.09.2022 18:39