AZ EN RU

İlk qalib məlumdur

    Uzunoba Təlim-Məşq İdman Kompleksində çimərlik voleybolu üzrə ilk muxtar respublika birinciliyi reallaşıb. Gənclər və İdman Nazirliyi və Naxçıvan Voleybol Federasiyası tərəfindən  birgə təşkil olunan yarışda 8 komanda iştirak edib. 2 gün davam edən birincilikdə komandalar olimpiya sistemi üzrə mübarizə aparıblar. Final qarşılaşmasında “Sədərək” və “Culfa” komandaları meydanda olub. Həll­edici görüşdən 2-0 hesablı qələbə ilə ayrılan Sədərək idmançıları çimərlik voleybolu üzrə ilk muxtar respublika birincisi adına yiyələniblər. Culfalılar ikinci yerlə kifayətlənib. Üçüncülük oyununda “Şərur”dan üstün olan “Naxçıvan” komandası isə yarışı üçüncü sırada tamamlayıb.  
    Birinciliyin sonunda ilk üçlük diplom və hədiyyələrlə mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.09.2022 20:29