AZ EN RU

IELTS qeydiyyat və imtahan mərkəzində növbəti imtahan olub

    Naxçıvan Dövlət Universitetində yaradılan IELTS qeydiyyat və imtahan mərkəzində növbəti imtahan keçirilib. General IELTS olaraq nəzərdə tutulan imtahanda gömrük orqanları ilə əməkdaşlıq etmək istəyən 20 nəfərin bacarıqları qiymətləndirilib. İmtahanda oxuma və dinləmə prosesində sualların tərtib edilməsini, yazı və danışıq mərhələsində sualların hazırlanmasını Britaniya Şurası həyata keçirib.Qeyd edək ki, imtahanın keçirilməsində məqsəd sözügedən şəxslərin dil səviyyələrinin etibarlı bir imtahan vasitəsilə yoxlanılması olub.
    Məlumat üçün onu da bildirək ki, mərkəz Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində yaradılıb və qeydiyyat və imtahan mərkəzi olaraq fəaliyyət göstərir. Mərkəz yaxın zamanda universitetdə ingilis dilində ixtisasların sayının artmasına və qeyri-ixtisaslarda çalışan əməkdaşların ingilis dili bacarıqlarının qiymətləndirilməsinə öz müsbət təsirini göstərməkdədir. IELTS imtahanı qlobal olaraq əksər rəsmi təşkilat və prestijli universitetlər tərəfindən qəbul edilən imtahandır. 

Naxçıvan Dövlət Universitetinin
 Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 04.10.2022 21:39