AZ EN RU

İdmançımız dünya çempionatında 2 medal qazanıb

    Özbəkistanın Daşkənd şəhərində universal döyüş üzrə dünya çempionatı keçirilib. Ölkəmiz çempionatda 20 nəfərlik heyətlə təmsil edilib. Həmin heyətdə Naxçıvan Kikboksinq Federasiyasının idmançısı Sadiq Kərimov da olub. 14-15 yaşlılar arasında 50 kiloqram çəki dərəcəsi üzrə mübarizə aparan idmançımız “Light” və “Classic” versiyalarda çıxış edib. Sadiq hər iki versiyada bürünc medal qazanmaqla mükafatçılar sırasına düşüb. 
    Xatırladaq ki, Sadiq Kərimov bu yarışadək dünya kuboku və çempionatının qalibi olmağı bacarıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 06.06.2022 18:15