AZ EN RU

İdmançılarımızdan uğurlu nəticələr

    Abşeron rayonunda keçirilən sərbəst güləş üzrə açıq birincilikdə iştirak edən idmançılarımız uğurlu nəticələrə müvəffəq olublar. Naxçıvan Güləş Federasiyasının idmançılarından 7-si mükafatçılar sırasına düşməyi bacarıb. Ramazan Məmmədli (21 kiloqram), Abbas İsmayılov (27 kiloqram), Tofiq Axundlu (29 kiloqram), Natiq Məmmədov (35 kiloqram), Tuqay Qəhrəmanlı (44 kiloqram) yalnız final görüşlərində məğlub olaraq gümüş medala layiq görülüblər. Asim Kərimli (21 kiloqram), Əli Novruzov (35 kiloqram) və Fuad Rzayev (38 kiloqram) yarışı bürünclə tamamlayıblar. 
    Sambo üzrə böyüklər arasında keçirilən Bakı açıq birinciliyində isə Məhəmməd Əlili 98 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 30.11.2022 20:10