AZ EN RU

Hərbi qulluqçular arasında növbəti idman yarışları keçirilib

    Naxçıvan Qarnizonu üzrə cüdo, yunan-Roma və sərbəst güləş birincilikləri keçirilib. Əvvəlcə  məqsəd və qaydalar idmançı hərbi qulluqçuların diqqətinə çatdırılıb.
    “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır!” devizi altında keçirilən yarışlarda güləşin yunan-Roma, sərbəst və cüdo növlərində, ümumilikdə, 27 çəki dərəcəsində 16 komanda mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının hakimlərinin idarə etdikləri yarışlarda  264 idmançı iştirak edib.
    Yekun nəticələrə əsasən cüdo üzrə komanda hesabında  birinci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası, ikinci və üçüncü yerlərdə isə müvafiq olaraq Əlahiddə Ümumqoşun Ordunun motoatıcıları və xüsusi təyinatlıları qərarlaşıb.
    Sərbəst güləş üzrə yarışlarda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandası birinci, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası ikinci, Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları isə üçüncü yerə layiq görülüb.
    Yunan-Roma güləşində Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası birinci yerdə qərarlaşıb, Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarından ibarət komandaları ikinci  və üçüncü yerləri bölüşüblər.
    Şəxsi və komanda hesabında ilk üçlükdə yer alan qaliblərə kubok, diplom və fəxri fərmanlar təqdim edilib.

Kənan Cəlilov

Nəşr edilib : 15.03.2022 20:28