AZ EN RU

Hərbi hissəyə 4 tona yaxın sovqat hədiyyə edilib

    Naxçıvan Muxtar Respublikasında əlamətdar və bayram günləri ərəfəsində müxtəlif dövlət qurumları, müəssisə və təşkilatlar, ayrı-ayrı sahibkarlıq subyektləri tərəfindən hərbi hissələrə sovqat aparılması ənənə halını alıb. Xalq-ordu  birliyini daha da möhkəmlədən tədbirlərin davamı olaraq Novruz bayramı ərəfəsində “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Kazım Mehdiyev tərəfindən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsinə 3770 kiloqram üzüm qurusu təqdim edilib. Adıçəkilən müəssisənin Nehrəm üzümçülük təsərrüfatında yetişdirilmiş məhsullarından əldə edilən üzüm qurusu hərbi hissənin anbarlarına təhvil verilib.

Nəriman Nəcəfov

Nəşr edilib : 16.03.2022 20:11