AZ EN RU

Hamiliyə verilmiş tələbələrə “Mili-mənəvi dəyərlərimiz” mövzusunda mühazirə və film nümayişi keçirlib

Mayın 26-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Nazirliyin hamiliyinə verilmiş ixtisaslarında təhsil alan tələbələri üçün “Mili-mənəvi dəyərlərimiz” mövzusunda mühazirə və film nümayişi keçirilmişdir.

Tədbirdə Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin direktoru Səyyar Məmmədov tərəfindən “Milli-mənəvi dəyərlər” mövzusunda mühazirə oxunmuşdur. 

Qeyd olunmuşdur ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərlərimiz Azərbaycan xalqının yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür. Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı da hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir.

Bildirilib ki, milli dəyərlərimizin qorunması və inkişafı yaxın keçmişimizdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında uğurlu yeniliklər, dəyişikliklər başlanmışdır. Rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış edən ulu öndər Heydər Əliyev 1978-ci ildə qəbul edilən konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu almasına nail olmuşdur. Dahi rəhbər sovet dövründə olduğu kimi, Azərbaycanın müstəqilliyi illərində də milli dəyərlərimizə sahib çıxmışdır. O, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yüksək formasını milli dövlətçilikdə görürdü.

Çıxışdan sonra mövzu ilə bağlı müzakirə aparılmış, E.Mirabdullayevin “Muğam” filmi nümayiş etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin Mətbuat Xidməti

Nəşr edilib : 26.05.2022 16:06