AZ EN RU

Gənclərin növbəti təmizlik aksiyası

    22 aprel – Beynəlxalq Yer Günü ilə əlaqədar Heydər Əliyev Su Anbarının ətrafında təmizlik aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin birgə təşkil etdiyi aksiya “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir!” devizi ilə reallaşıb.
    Çıxış edənlər qeyd ediblər ki, mütəmadi olaraq təşkil olunan bu tipli aksiyalar gənclərin maarifləndirilməsi, ekoloji biliklərinin artırılmasına xidmət edir. Bu istiqamətdə atılan addımlar Naxçıvan şəhərində və bölgələrdə yaşıllıqların çoxalmasına, ərazilərin məişət tullantılarından təmizlənməsinə, gənclərin muxtar respublikanın təbiəti haqqında ətraflı məlumat almasına və ona qayğıkeş münasibət göstərməsinə səbəb olur. Məlumat verilib ki, 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunan Beynəlxalq Yer Günü ilə əlaqədar insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. 
    Aksiyada ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 21.04.2022 20:31