AZ EN RU

Gənclərin ekskursiyası təşkil olunub

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin ortaq layihəsi olan “Tarixə ekskursiya”nın pro­qramına əsasən gənclər üçün Şərur rayonunun tarixi-mədəni məkanlarına ekskursiya təşkil olunub.
    Gənclər Cəlil Məmmədquluzadənin Xatirə Muzeyini, Cəlilkənddəki qədim buzxananı, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyini və Yengicə kəndindəki XVIII əsrə aid Şərq hamamını ziyarət ediblər. Bələdçilər tərəfindən adıçəkilən məkanların yaradılma tarixi, nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.     Ekskursiyanın ardınca gənclər “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirak ediblər. Oyun üçün tərtib edilən suallar məhz ekskursiyalarda verilən məlumatlarla bağlı olub. 
    Gənclər yarışmada 6 komandaya bölünərək qələbə uğrunda mübarizə aparıblar. Hər komandanın heyətində 5 oyunçu iştirak edib. 2 turdan ibarət yarışda mövzu ilə bağlı 24 sual səsləndirilib. Nəticələrə əsasən “Qartal” komandası oyunun birincisi olub. Qalib heyətin üzvlərinə diplom və hədiyyələr təqdim edilib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 29.09.2022 19:06